Dünyanı Kim İdarə Edir? Səhnənin Arxasındakı Həqiqi Güc - Nurxan Masimzada

Dünyanı Kim İdarə Edir? Səhnənin Arxasındakı Həqiqi Güc

Dünyanı Kim İdarə Edir? Səhnənin Arxasındakı Həqiqi Güc

Bu yazını oxumağınız sizə çox şey qatacağına inanıram, eynən mənimdə bu mövzunu araşdırdığım dönəmdə mənə qatdığı kimi. Dünyanı kim idarə edir sualının cavabını tapmışdım bununla. Gəlin))

Hansı ki, iOT ilə məşğul ikən bir yerdə bu şirkətin adını gördüm və artıq hər yerdə görməyə başlamışdım. Şirkətimizin adı TSMC-dir. Bu şirkətin hekayəsi bugünkü bütün milyarderləri milyarder edən bir yoldan keçir. 

Texnologiya deyəndə bu gün hamının ağlına eyni adlar gəlir: Musk, Jobs, Bezos, Zuckerberg.
Hamısı səhnədə, hamısı diqqət mərkəzində idi. 

Amma çox az adam səhnənin özünü kimin qurduğunu bilmir.

Dünyadakı demək olar ki, bütün kritik texnologiyaların yolu bir şirkətdən keçir: TSMC.
iPhone-lar, AI serverləri, data mərkəzləri, superkompüterlər, hətta hərbi texnologiyalar belə bir nöqtədə bu şirkətə bağlanır.

Və bu sistemin arxasında duran adam Morris Chang-dir.

O, raket buraxmadı, səhnədə öz maşınına dəmir topla vurub pəncərəsini sındırmadı, gündəlik motivasiya sitatları paylaşmadı.
Sadəcə sakitcə düşündü və sənayenin gələcəyini hamıdan əvvəl gördü.

1980-ci illərdə çip dünyasında hamı eyni şeyi deyirdi: dizaynı da sən et, istehsalı da sən.
Morris Chang isə tam əksini dedi. Dizaynı başqaları etsin, biz yalnız istehsalda mükəmməl olaq.

O vaxt bu fikir ciddiyə alınmırdı.
Bu gün isə bütün yarımkeçirici sənayesinin əsas modeli məhz budur. Yarım keçirici nədir bilirsiniz? Əlinizdəki bu yazını oxuduğunuz cihazın beyni olan çipi. CPU, GPU, Nand və s.

Bu model olmasaydı, bu gün Jensen Huang və NVIDIA-nın AI inqilabındakı rolu bu səviyyədə olmazdı.
Jensen Huang səhnədədir və buna tam haqq edir.
Amma o səhnənin altında duran beton Morris Chang-in ideyasıdır.

Məni ən çox təəccübləndirən tərəf isə başqa bir məsələdir.
Morris Chang sadəcə bir şirkət qurmadı. O, Tayvan üçün görünməyən, amma inanılmaz güclü bir qoruma mexanizmi yaratdı.

Bu gün Tayvanı qoruyan əsas faktor nə ordudur, nə silah, nə də sərvət.
Tayvanı qoruyan şey dünyanın ona olan asılılığıdır.

TSMC-yə toxunmaq demək, qlobal iqtisadiyyata, texnologiyaya və təhlükəsizlik balansına toxunmaq deməkdir.
Bu isə ən ağıllı müdafiə formalarından biridir.

Elon Musk məhsulu ilə dünyanı heyrətləndirir.
Steve Jobs vizyonu ilə tarix yazdı.
Jeff Bezos ticarətin qaydalarını dəyişdi.
Mark Zuckerberg insanların bir-biri ilə necə ünsiyyət quracağını yenidən formalaşdırdı.

Amma bütün bu ideyaların real dünyada işləməsi üçün bir təməl lazım idi.
O təməl TSMC idi.

Mənim üçün ideal iş insanı ən çox danışan və ya ən çox görünən insan deyil.
Ən kritik nöqtədə dayanıb sistemi ayaqda saxlayan insandır.

Şəxsən mən Morris Chang-i bütün “parlaq texnologiya milyarderlərindən” daha böyük görürəm.
Çünki o, oyunu oynamadı. Oyunun qaydalarını yazdı. 

Bu yazını yazarkən mən başa düşdüm ki, məsələ sabahı, ayı və ya gələn ili düşünmək deyil. Uzaqgörənlik bu deyil, bu sadəcə özümüzü aldatmaqdır. Əsas uzaq görənlik o yolu quracağın zəmini yaratmaqdır. 

Back to Blog