Bu gün diqqətimi çəkən maraqlı bir yenilik var — Anthropic yeni məhsulunu təqdim etdi: Claude Design.
Bu alət vasitəsilə artıq sadəcə təsvir etməklə dizaynlar, prototiplər, təqdimatlar və digər vizual materiallar yaratmaq mümkündür. Sistem Claude Opus 4.7 modeli üzərində qurulub və hazırda test mərhələsindədir.
Əsas ideya çox sadədir:
Sən nə istədiyini deyirsən — Claude isə ilkin versiyanı yaradır. Daha sonra isə həmin dizayn üzərində interaktiv şəkildə işləyərək (comment, edit, tweak) onu ideal hala gətirə bilirsən.
Məncə burada ən güclü tərəf odur ki:
- Dizaynerlər daha çox variant test edə bilir
- Texniki olmayan insanlar belə vizual ideyalarını rahat şəkildə reallaşdıra bilir
- Komanda dizayn sistemi avtomatik tətbiq olunur (brand consistency qorunur)
İstifadə sahələri kifayət qədər genişdir:
- Realistik prototiplər (interactive demo-lar)
- Product wireframe və mockup-lar
- Pitch deck və təqdimatlar
- Marketing materialları (landing page, social media və s.)
- Hətta AI + code ilə daha advanced prototiplər
Xüsusilə diqqətimi çəkən funksiyalar:
- Mövcud fayllardan (DOCX, PPTX, XLSX) və ya kod bazasından dizayn yaratmaq
- Real vaxtda fine-tuning (spacing, color, layout və s.)
- Komanda daxilində paylaşım və birgə işləmə
- Canva, PDF, PPTX və HTML export imkanları
- Hazır dizaynı birbaşa development üçün ötürmək
Qısa desəm — bu alət dizayn prosesini ciddi şəkildə sürətləndirir və “idea → visual → product” xəttini qısaldır.
Yaxın həftələrdə bu məhsulun daha geniş inteqrasiyalarla inkişaf edəcəyini gözləyirəm.